ABŞ Müharibə naziri Pit Heqset NATO-nun hərbi potensialının gücləndirilməsinin və alyansın daha sərt mövqeyə keçməsinin vacibliyini vurğulayıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Brüsseldə NATO müdafiə nazirlərinin iclasından əvvəl çıxış edən Heqset bildirib ki, gələcək “NATO 3.0” konsepsiyası alyansın yenidən real hərbi ittifaq xarakteri almasını nəzərdə tutur.
Onun sözlərinə görə, NATO Avropadakı təhdidlərin qarşısının alınması və konvensional təhlükələrə qarşı müdafiənin təmin edilməsi üçün daha güclü hərbi imkanlara malik olmalıdır.
Heqset əlavə edib ki, alyans uzun müddət “kağız üzərində güc” və “bir istiqamətli küçə” kimi fəaliyyət göstərib və əsas diqqətin hərbi potensialdan çox digər məsələlərə yönəldildiyini iddia edib.
Onun fikrincə, müdafiə xərcləri, tanklar, qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri kimi sahələrə daha çox diqqət ayrılmalıdır.
