Niderland Ukraynanın silahlı qüvvələrinə 500 milyon avro həcmində yeni hərbi yardım ayıracaq.
Army.az xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Rob Yetten məlumat verib.
Onun sözlərinə görə, bu həftə ərzində Ukrayna ordusuna əlavə 500 milyon avro ayrılması barədə qərar qəbul edilib.
O həmçinin vurğulayıb ki, Avropa İttifaqı ölkələri diqqəti mümkün sülh danışıqlarından çox Ukraynaya hərbi dəstəyin artırılmasına yönəltməlidir və əsas prioritet Kiyevin döyüş meydanında mövqeyinin gücləndirilməsidir.
