Ev Dünyaİran İraqın həssas qərarına yaşıl işıq yandırdı

İran İraqın həssas qərarına yaşıl işıq yandırdı

by Baş Redaktor
32 Baxış

İran İraq hökumətinin ölkədə silah üzərində dövlət nəzarətinin gücləndirilməsinə yönəlmiş təşəbbüslərinə dəstək verdiyini bəyan edib.

Army.az xəbər verir ki, bu barədə İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadiq açıqlama verib.

O bildirib ki, Tehran silah gəzdirmək səlahiyyətinin yalnız dövlət qurumlarının nəzarətində olması istiqamətində Bağdadın atacağı istənilən addıma hörmətlə yanaşır.

Diplomatın sözlərinə görə, silahlı qrupların tərksilah olunması və ya onların gələcək statusu ilə bağlı qərarlar tamamilə İraqın daxili işidir və İran bu məsələdə ölkə rəhbərliyinin mövqeyinə hörmət edir.

banner

Bununla yanaşı, səfir qeyd edib ki, hakimiyyət bəzi silahlı qrupların təhlükəsizliklə bağlı narahatlıqlarını və silahları saxlamaqda israr etmələrinin səbəblərini də nəzərə almalıdır.

Əlaqəli Yazılar Xüsusi