Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin gələcək fəaliyyəti və siyasi gündəmlə bağlı bir sıra açıqlamalar verib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Paşinyan bildirib ki, hazırda Nazirlər Kabinetinin tərkibində, baş nazirin müavinləri və nazirlər səviyyəsində dəyişikliklərə ehtiyac görmür və yaxın perspektivdə belə planlaşdırılmır. Onun sözlərinə görə, bəzi kadr dəyişiklikləri yalnız icra hakimiyyətinin aşağı pillələrində baş verə bilər.
Baş nazir həmçinin qeyd edib ki, bu gün hakim “Mülki Müqavilə” partiyası Milli Assambleyanın sədr postuna namizədlərdən birinin seçilməsi üçün iclas keçirəcək. Seçim gizli səsvermə yolu ilə aparılacaq və nəticələr daha sonra ictimaiyyətə açıqlanacaq.
Paşinyan çıxışında Qarabağla bağlı mövqeyini də sərtləşdirib.
“Qarabağ hərəkatının davam etdirilməsi cəhdlərinin qarşısı alınacaq”, – deyə Ermənistan Baş naziri bildirib.
