ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hava müşahidə imkanlarının genişləndirilməsi məqsədilə “Lockheed Martin” şirkəti ilə 3 milyard dollar dəyərində yeni müqavilə imzalayıb.
Army.az xəbər verir ki, bu barəəd xarici media məlumat yayıb.
Qeyd edilib ki, iyunun 30-da bağlanan razılaşma AN/MPQ-64F1 “Sentinel A4” hava müşahidə radarlarının istehsalını və onlara mühəndislik dəstəyinin göstərilməsini nəzərdə tutur. Layihənin 2031-ci ilin iyun ayınadək davam edəcəyi bildirilir.
Müqaviləyə əsasən, radar sistemləri “Lockheed Martin”in ABŞ-ın Nyu-York ştatının Liverpul şəhərində yerləşən istehsal müəssisəsində hazırlanacaq.
