“Progress MS-32” yük daşıma kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edib.
Army.az xəbər verir ki, bu barədə “Roskosmos” məlumat verib.
Məlumata görə, gəmi stansiyanın Rusiya seqmentində yerləşən “Zvezda” modulundan 21 aprel saat 01:08 (Moskva vaxtı ilə) ayrılıb. Əyləc mühərrikləri isə saat 04:11-də işə salınıb.
Qeyd edilib ki, kosmik gəmi Yer atmosferinin sıx qatlarına daxil olub və onun qalıqları Sakit Okeanın gəmiçiliyə bağlı olmayan hissəsinə düşüb.
