Ev DünyaXameneinin dəfn mərasimi başladı -YENİLƏNİB

Xameneinin dəfn mərasimi başladı -YENİLƏNİB

by Baş Redaktor
118 Baxış

Pakistan və Livan vətəndaşları da daxil olmaqla, 1 milyondan çox insan İranın mərhum dini lideri Əli Xamenei ilə vidalaşmaq üçün Məşhədə gəlib.

Army.az xəbər verir ki, dəfn mərasiminin son təyinat yeri olan İmam Rza türbəsinə aparan 3 kilometrlik eyniadlı küçə səhər tezdən insanlarla dolu olub.

Mərasimdə əllərində Pakistan, Livan və Fələstin bayraqları daşıyan insanlar da qatılıb.

***16:19

İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi doğma şəhəri olan Məşhəddə başlayıb.

Army.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

*** 11:30

İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin Məşhəd şəhərində keçirilməsi nəzərdə tutulan dəfn mərasimi təxirə salınıb.

banner

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Dəfn mərasimini təşkil edən qərargahın yaydığı məlumata əsasən, cənazənin bu gün saat 14:00-da torpağa tapşırılması planlaşdırılsa da, bu baş tutmayıb.

Bildirilib ki, İraqın Nəcəf və Kərbəla şəhərlərində keçirilən vida mərasimləri səbəbindən cənazəni vaxtında Məşhədə çatdırmaq mümkün olmayıb.

Qərargahın açıqlamasına görə, qarşılanma və dəfn mərasimi iyulun 10-da saat 14:00-da Məşhəddə İmam Rza küçəsindən başlayacaq və İmam Rza ziyarətgahına qədər davam edəcək.

Əlaqəli Yazılar Xüsusi