Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinin dəstəyi ilə yaxın vaxtlarda “Freya” adlı yeni raketdən müdafiə sisteminin yaradılmasının mümkün ola biləcəyini bildirib.
Army.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Zelenskinin sözlərinə görə, “Freya” sistemi imkanlarına görə “Patriot” hava hücumundan müdafiə kompleksinə bənzəyəcək, lakin daha ucuz başa gələcək və kütləvi istehsal üçün nəzərdə tutulacaq.
Ukrayna lideri daha əvvəl ABŞ-dan yeni hərbi yardım paketi alacaqlarını da açıqlamışdı. Onun sözlərinə görə, paketə “Patriot” zenit-raket kompleksləri üçün raketlər daxil ediləcək.
