Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında həyata keçirdiyi raket hücumlarından sonra hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Army.az xəbər verir ki, bu barədə o, “Telegram” hesabında paylaşım edib
.Zelenskinin sözlərinə görə, raket təhlükəsinə qarşı müdafiənin təmin edilməsi yalnız Ukraynanın üzərinə düşən məsuliyyət deyil.
“Raket hücumlarından qorunmaq ümumi təhlükəsizlik məsələsidir. Bu, təkcə Ukraynanın və ya hər hansı bir ölkənin öhdəliyi sayıla bilməz. Bütün tərəfdaşlarımız hansı formada və necə dəstək göstərə biləcəklərini yaxşı bilirlər”, – deyə Ukrayna Prezidenti qeyd edib.
