Ev TexnologiyaTusk: Raket daha irəli getsəydi, onu vuracaqdıq

Tusk: Raket daha irəli getsəydi, onu vuracaqdıq

by Baş Redaktor
36 Baxış

Rusiyanın iyulun 30-na keçən gecə Ukraynaya endirdiyi genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu zamanı X-101 tipli qanadlı raketin Polşanın hava məkanına daxil olduğu bildirilib.

Army.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk açıqlama verib.

Onun sözlərinə görə, insidentlə bağlı keçirilən müşavirədə təqdim olunan ilkin məlumatlar hava məkanını pozan raketin Rusiyaya məxsus X-101 qanadlı raketi olduğunu göstərib.

“Bütün əlamətlər raketin Rusiyanın X-101 qanadlı raketi olduğunu təsdiqləyir”, – deyə Tusk bildirib.

banner

Baş nazir əlavə edib ki, raket Polşa ərazisində daha dərinə irəliləmiş olsaydı, ölkənin Silahlı Qüvvələri onu zərərsizləşdirməyə hazır idi.Xatırladaq ki, daha əvvəl Ukraynanın xarici işlər naziri də Rusiyaya məxsus X-101 qanadlı raketinin Polşa hava məkanını pozduğunu açıqlamışdı.

Əlaqəli Yazılar Xüsusi