Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İspaniyanın Seuta şəhərindəki miqrant böhranı ilə bağlı yayılan görüntüləri qəbuledilməz adlandırıb.
Army.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Fon der Lyayen bildirib ki, Avropa İttifaqı heç kimin müəyyən olunmuş qaydalara əməl etmədən İttifaq ərazisinə daxil olmasına icazə verə bilməz.
“Təhlükəli sərhəd keçidləri dərhal dayandırılmalıdır. İnsan qaçaqmalçılığı şəbəkələri ləğv edilməli, qanunsuz miqrantların geri qaytarılması isə Aİ qaydalarına uyğun şəkildə operativ həyata keçirilməlidir”, – o vurğulayıb.
Avropa Komissiyasının sədri əlavə edib ki, vəziyyətə nəzarətin gücləndirilməsi üçün iki avrokomissara tapşırıq verib. Onun sözlərinə görə, Magnus Brunner artıq İspaniya ilə sıx əməkdaşlıq edir və zərurət yaranacağı təqdirdə böhran bölgəsinə səfər edəcək.
