Ev Dünya“Səngərdə oturmaq vaxtı deyil” – Medvedev

“Səngərdə oturmaq vaxtı deyil” – Medvedev

by Baş Redaktor
54 Baxış

Rusiya Qərbin sanksiyalarına qarşı mübarizədə passiv mövqe tutmamalı, aktiv müdafiə strategiyası həyata keçirməlidir”.

Army.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

Medvedev Qərbin Rusiya şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalarla mübarizəyə həsr olunan müşavirədə çıxış edərkən deyib ki, ölkə “səngərdə oturmaq” əvəzinə aktiv fəaliyyət göstərməlidir.

O, sanksiyaların təsirlərinin azaldılması və Rusiya şirkətlərinin fəaliyyətinin qorunması istiqamətində daha çevik və təşəbbüskar addımların vacibliyini vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi