Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Silahlı Qüvvələrinin Rusiyanın hərbi və strateji infrastrukturuna qarşı uzaqmənzilli əməliyyatları davam etdirdiyini açıqlayıb.
Army.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” hesabında paylaşım edib.
Onun sözlərinə görə, Rusiya bayrağı altında üzən, tutumu 100 min tondan artıq olan və beynəlxalq sanksiyalar siyahısına daxil edilmiş “Yanina” konteyner gəmisi hücum nəticəsində vurularaq batırılıb.
Prezident əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi bölmələri Rusiyanın Başqırdıstan bölgəsində yerləşən üç neft emalı zavodunun infrastrukturuna da zərbələr endirib.
