Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində polis bölməsi yaxınlığında törədilən terror aktı nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb, daha 20 nəfər yaralanıb.
Army.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, daha əvvəl 7 nəfərin öldüyü və 18 nəfərin yaralandığı bildirilmişdi.
Svat dairəsinin polis rəisi Umar Xan bildirib ki, kamikadze polis bölməsinin girişində saxlanılıb üzərinə baxış keçirilərkən partlayıcı qurğunu işə salıb.
Partlayış Kabəl-Çouk meydanı yaxınlığında baş verib. Hadisə zamanı ərazidə Svat vadisində terror təhlükəsinin artmasına etiraz olaraq keçirilən kütləvi aksiya davam edirdi.
