İsrail ordusu Qəzza zolağına növbəti hava zərbələri endirib.
Army.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Bildirilib ki, hücumlar nəticəsində Qəzza zolağında azı 18 nəfər həlak olub:
“Hərbi təyyarələr Qəzza şəhəri, Deyr əl-Bələh və Xan Yunisə zərbələr endirib. Səhiyyə Nazirliyinin məlumatına əsasən, yaşayış evləri və məcburi köçkünlərin məskunlaşdığı çadır düşərgələri zərər görüb”.
İsrail ordusu isə bildirib ki, Deyr əl-Bələhə endirilən zərbələrin hədəfi HƏMAS-ın “Nuxba” xüsusi təyinatlı bölməsinin iki komandiri olub. Ordunun açıqlamasına görə, digər ərazilərdə isə “hərbi əməliyyatçılar” hədəfə alınıb.
