Ev Dünyaİran Türkiyəyə açıqladı: ABŞ-a etibar etmirik

İran Türkiyəyə açıqladı: ABŞ-a etibar etmirik

by Baş Redaktor
32 Baxış

İranın müdafiə naziri vəzifəsini icra edən Məcid İbn ər-Rza ilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər arasında telefon danışığı keçirilib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Danışıq zamanı tərəflər Tehran və Vaşinqton arasında əldə olunan atəşkəs razılaşmasını, Yaxın Şərqdəki son prosesləri, eləcə də İran-Türkiyə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

İbn ər-Rza bildirib ki, İran regionda sabitliyə töhfə vermək və dost ölkələrin çağırışlarını nəzərə alaraq ABŞ-la Anlaşma Memorandumu imzalayıb. Bununla belə, o vurğulayıb ki, Tehran Vaşinqtona tam etimad göstərmir.

banner

İran rəsmisi qeyd edib ki, ABŞ-ın əvvəlki razılaşmalardan geri çəkilməsi təcrübəsini nəzərə alan ölkəsinin Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətindədir. Onun sözlərinə görə, əldə olunan razılaşmanın hər hansı formada pozulması halında İran buna uyğun cavab verəcək.

Əlaqəli Yazılar Xüsusi