Ev Hərbi XəbərlərKupyansk uğrunda döyüşlər: Ukraynanın əks-hücumu Rusiyanın planını pozdu

Kupyansk uğrunda döyüşlər: Ukraynanın əks-hücumu Rusiyanın planını pozdu

by Baş Redaktor
32 Baxış

Avqustun əvvəlindən Rusiya ordusu Kupyansk istiqamətində hücum əməliyyatlarını davam etdirsə də, nəzərəçarpacaq irəliləyiş əldə edə bilməyib.

Army.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Hesabatda qeyd olunur ki, buna əsas səbəb Ukrayna Silahlı Qüvvələrinin bölgədə həyata keçirdiyi əks-hücum əməliyyatlarıdır. Bununla belə, bəzi rusiyalı hərbi bloqerlər Rusiya qüvvələrinin Kupyanskın mərkəzi, şəhərin şimal və cənub hissələri, eləcə də Kupyansk-Vuzlovıyın qərbi istiqamətində irəlilədiyini iddia edirlər.

ISW bu iddiaların fonunda Ukrayna ordusunun şəhər ətrafında fəal müqavimət göstərdiyini və əks-hücumlar həyata keçirdiyini vurğulayır.

banner

Hesabatda Ukrayna Milli Qvardiyasının 2-ci Korpusunun sözçüsü Volodimir Deqtyaryovun açıqlamasına da yer verilib. Onun sözlərinə görə, Ukrayna qüvvələri Xarkov vilayətində eyni vaxtda iki istiqamətdə fəaliyyət göstərir: Xarkov şəhərinin şimal və şərqində müdafiə əməliyyatları aparılır, Kupyansk istiqamətində isə hücum əməliyyatları davam etdirilir.

Əlaqəli Yazılar Xüsusi