ABŞ Prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli raketlər və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-tutucuların göndərilməsi məsələsinə münasibət açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.
Ağ evdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, ABŞ ordusunun da həmin silahlara ehtiyacı var və bu amil nəzərə alınmalıdır.
O, çıxışı zamanı keçmiş prezident Co Baydenin Ukraynaya geniş həcmdə hərbi yardım göstərdiyini xatırladaraq, bu siyasəti tənqid edib.
“Bizim özümüzün də bu silahlara ehtiyacımız var. Co Bayden Zelenskiyə təxminən 300 milyard dollar dəyərində silah verib”, – deyə ABŞ Prezidenti vurğulayıb.
