Ev DünyaUolts: İran danışıqlarda əsasən dondurulmuş aktivlərdən danışır

Uolts: İran danışıqlarda əsasən dondurulmuş aktivlərdən danışır

by Baş Redaktor
38 Baxış

İran tərəfi ABŞ ilə aparılan danışıqlarda ölkənin xaricdə dondurulmuş maliyyə aktivlərinə yenidən çıxış əldə edilməsi məsələsini prioritet kimi önə çəkir.

Army.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Fox News” telekanalına açıqlamasında danışıb.

Uoltsun sözlərinə görə, İran nümayəndələri danışıqlar zamanı əsasən maliyyə məsələlərinə diqqət yetirir və ABŞ tərəfindən bloklanmış vəsaitlərə çıxışın bərpasını tələb edirlər. O bildirib ki, Tehran tərəfi danışıqlar masasında mütəmadi olaraq nağd vəsait və dondurulmuş aktivlərlə bağlı məsələləri gündəmə gətirir.

Əlaqəli Yazılar Xüsusi