Ev DünyaPentaqon: 400 milyon dollarlıq yardımın tam icrası 2029-cu ilə qədər davam edəcək

Pentaqon: 400 milyon dollarlıq yardımın tam icrası 2029-cu ilə qədər davam edəcək

by Baş Redaktor
27 Baxış

ABŞ Müdafiə Nazirliyi Ukraynaya ayrılmış 400 milyon dollarlıq hərbi yardımın tam həcmdə 2029-cu maliyyə ilinə qədər istifadə olunmasının planlaşdırıldığını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Pentaqon bununla bağlı Konqresi məlumatlandırıb. Bildirilib ki, vəsaitin xərclənməsinin uzanması müdafiə müqavilələrinin imzalanmasının və silah tədarükünün gözləniləndən daha ləng irəliləməsi ilə bağlıdır.

Bu səbəbdən yardım paketinə daxil olan silah və hərbi texnikanın bir hissəsinin Ukraynaya çatdırılması yalnız bir neçə ildən sonra mümkün olacaq.

banner

Əlaqəli Yazılar Xüsusi