Dünya bazarında neftin qiyməti avqustun 10-da artım nümayiş etdirib. Bahalaşmaya əsas səbəblərdən biri Hörmüz boğazında tamhəcmli gəmiçilik fəaliyyətinin nə vaxt bərpa olunacağı ilə bağlı qeyri-müəyyənliyin qalmasıdır.
Army.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Ticarət sessiyası zamanı “Brent” markalı neftin bir barrelinin qiyməti 85 dollardan yuxarı qalxıb. Son məlumatlara görə, qiymət 1,44 faiz artaraq 84,75 dollar təşkil edib.
Bazar iştirakçıları İran və Oman arasında əldə olunması gözlənilən razılaşmanın nə dərəcədə dayanıqlı olacağına dair ehtiyatlı mövqedə qalırlar. Analitiklər hesab edirlər ki, neft tədarükünün sabit şəkildə artdığına dair real və təsdiqlənmiş göstəricilər ortaya çıxmayana qədər qiymətlərdə risklərə görə əlavə “mükafat” qalacaq.
