İran və Oman arasında Hörmüz boğazından keçən gəmilər üçün istifadə olunacaq marşrutla bağlı razılıq əldə olunub.
Army.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi açıqlayıb.
Onun sözlərinə görə, Tehran və Maskat gəmilərin boğazdan təhlükəsiz keçidini təmin edəcək marşrut üzrə ortaq mövqeyə gəliblər.
Bununla belə, Baqayi bildirib ki, məsələnin bütün detalları hələ yekunlaşdırılmayıb və bəzi texniki məsələlərlə bağlı müzakirələr davam edir.
