Çin ABŞ-ın İrana qarşı genişmiqyaslı iqtisadi təzyiq tədbirləri planına etiraz edib və tərəfləri münaqişənin həlli üçün yenidən dialoq və danışıqlara qayıtmağa çağırıb.
Army.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan bildirib.
Qeyd edib ki, Pekin beynəlxalq hüquqi əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən birtərəfli sanksiyalara qarşı mövqeyini dəfələrlə açıqlayıb.
Diplomatın sözlərinə görə, hazırkı mərhələdə əsas prioritet gərginliyin azaldılması və tərəflərin mümkün qədər tez danışıqlar masasına qayıtması olmalıdır.
