Rusiyalı politoloq Aleksandr Kamkin Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərə zərər vuran siyasət yürütdüyünü iddia edib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Politoloq Rusiya ilə münasibətlərin tamamilə pozulmasının qarşısını almaq üçün Ermənistan vətəndaşlarını Paşinyan hökumətinə qarşı çıxmağa çağırıb.
“Paşinyan Rusiya-Ermənistan münasibətlərini tamamilə sıfıra endirmək üçün hər şeyi edir. Bura iqtisadi əlaqələrin məhdudlaşdırılması, eləcə də KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyəti daxildir”, – deyə Kamkin bildirib.
