Ev DünyaTramp: “Düşündüyümdən daha uzun çəkdi”

Tramp: “Düşündüyümdən daha uzun çəkdi”

by Baş Redaktor
30 Baxış

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların ilkin gözləntilərindən daha uzun çəkdiyini açıqlayıb.

Army.az xəbər verir ki, Tramp bu barədə Dallas şəhərində keçirilən Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı danışıb.

ABŞ liderinin sözlərinə görə, ölkəsinin hərbi imkanları kifayət qədər güclü olsa da, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrdən nəzərdə tutulandan daha uzun müddət istifadə etmək lazım gəlib:

“Biz dünyanın ən güclü ordusunu qurmuşuq. Lakin ordumuzdan düşündüyümdən daha uzun müddət istifadə etməli olduq. İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik”.

banner

Prezident çıxışında Hörmüz boğazı ilə bağlı iddiasını da təkrarlayıb. O, ABŞ-ın sözügedən strateji su yoluna nəzarət etdiyini deyərək, ona qeyri-rəsmi olaraq “Tramp boğazı” adını verdiyini söyləyib.

Əlaqəli Yazılar Xüsusi