Ev DünyaHörmüz boğazı ilə bağlı kritik görüş: İran və Körfəz ölkələri bir araya gəlir

Hörmüz boğazı ilə bağlı kritik görüş: İran və Körfəz ölkələri bir araya gəlir

by Baş Redaktor
28 Baxış

Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi məsələsini müzakirə etməsi planlaşdırılır.

Army.az xəbər verir ki, bu barədə “Financial Times” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüş sentyabrın 14-də Omanın Səlalə şəhərində keçirilə bilər. Təşəbbüsün Oman və İran tərəfindən irəli sürüldüyü bildirilir.

Nəşrin yazdığına görə, Tehran və Maskat Hörmüz boğazından gəmilərin təhlükəsiz və fasiləsiz keçidini tənzimləyəcək müvəqqəti razılaşmanın əldə olunmasına çalışır.

banner

Bunun üçün İran və Oman region ölkələrinin dəstəyini qazanmağa və mümkün sazişin həyata keçirilməsi üçün ortaq mövqe formalaşdırmağa ümid edir.

Əlaqəli Yazılar Xüsusi