Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.
Army.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, o, səfər çərçivəsində Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşəcək və Prezident Əhməd əş-Şəraa tərəfindən qəbul ediləcək.
Görüşlərdə YPG və SDG-nin ləğvi, həmçinin bu strukturların Suriya dövlət qurumlarına inteqrasiyası prosesi müzakirə olunacaq. Tərəflərin Suriyanın cənubundakı vəziyyət, İsrailin hücumları, ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması məsələlərini də müzakirə edəcəyi gözlənilir.
