“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gündəmdədir”.
Army.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Əl-Şeybani ilə keçirdiyi birgə mətbuat konfransında açıqlayıb.
Fidanın sözlərinə görə, Türkiyə lideri uzun müddətdir Suriyaya səfər etmək niyyətindədir. Hazırda səfərin baş tutması üçün lazımi şəraitin formalaşdırılması istiqamətində iş aparılır.
Nazir bildirib ki, Ərdoğanın Suriyaya səfərinin yaxın vaxtlarda reallaşdırılması nəzərdə tutulur:
“Prezidentimizin yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır. O, uzun müddətdir belə bir səfər etmək istəyir. Biz də səfərin baş tutması üçün lazımi şəraiti yaratmağa çalışırıq”.
