İsrailin keçmiş baş naziri və hazırda baş nazirliyə namizəd olan Naftali Bennett İran hakimiyyətinin gələcəyi ilə bağlı sərt açıqlama verib.
Army.az xəbər verir ki, Bennett İran rejiminin daxilən zəiflədiyini və gec-tez hakimiyyətdən gedəcəyini iddia edib.
O, İran hakimiyyətini içəridən çürümüş ağaca bənzədərək onun son nəticədə yıxılacağını bildirib:
“İran rejimi çürüyüb. O, içəridən çürümüş ağac kimidir və sonda yıxılacaq. Çürümüş ağacı yıxmaq üçün isə ona müxtəlif üsullarla zərbə vurmaq olar”.
