Ev DünyaPutin müharibəni dayandırmağa qorxur – səbəbini açıqladı

Putin müharibəni dayandırmağa qorxur – səbəbini açıqladı

by Baş Redaktor
13 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəni davam etdirməsinin səbəbləri barədə danışıb.

Army.az xəbər verir ki, Zelenski bu barədə “CBS News” telekanalına müsahibəsində açıqlama verib.

Ukrayna liderinin sözlərinə görə, Putin hazırda Rusiya cəmiyyətinin kifayət qədər təzyiqi ilə üzləşmir.

“Vladimir Putin Ukraynaya qarşı müharibəni davam etdirir, çünki Rusiya cəmiyyətindən kifayət qədər təzyiq hiss etmir”.

banner

Zelenski hesab edir ki, bu vəziyyət dəyişəcək və Kreml rəhbəri cəmiyyətin təzyiqini hiss etməyə başlayacaq.

“Amma o, bunu hiss edəcək, təzyiq artıq başlayıb”, – deyə Ukrayna Prezidenti bildirib.

Zelenskinin fikrincə, Putinin müharibəni dayandırmaqdan çəkinməsinin əsas səbəblərindən biri hakimiyyətinə və şəxsi təhlükəsizliyinə dair narahatlığıdır.

Əlaqəli Yazılar Xüsusi