Ev Hərbi XəbərlərPentaqondan Avropa ilə bağlı şok plan: 25 min ABŞ hərbçisi geri çəkilə bilər

Pentaqondan Avropa ilə bağlı şok plan: 25 min ABŞ hərbçisi geri çəkilə bilər

by Baş Redaktor
14 Baxış

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Avropadakı hərbi mövcudluğu ilə bağlı genişmiqyaslı dəyişiklik üzərində çalışır.

Army.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Plan çərçivəsində Avropa qitəsində xidmət edən təxminən 25 min ABŞ hərbçisinin, eləcə də bəzi döyüş gəmiləri, hərbi təyyarələr və silah-sursatın geri qaytarılması nəzərdən keçirilir.

Telekanala danışan mənbələrin məlumatına əsasən, ABŞ rəsmiləri daha böyükmiqyaslı ixtisar variantını da müzakirə edirlər. Bu ssenariyə əsasən, Avropada yerləşdirilən ABŞ hərbi kontingentinin sayı təxminən yarıya endirilərək 40 min nəfər səviyyəsinə salına bilər.

banner

Məlumata görə, mümkün ixtisarların əsasən ABŞ-nin Avropadakı hərbi qüvvələrinin mühüm hissəsinin yerləşdiyi Almaniya, İtaliya və İspaniyaya təsir edəcəyi gözlənilir.

Əlaqəli Yazılar Xüsusi