Rusiya və ABŞ ikitərəfli münasibətlərdəki problemləri aradan qaldırmaq üçün yaxın həftələrdə yeni görüş keçirməyi planlaşdırır.
Army.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov “RIA Novosti”yə açıqlamasında deyib.
Növbəti görüşün nə vaxt keçiriləcəyi ilə bağlı suala cavab verən diplomat “qarşıdakı həftələrdə” ifadəsini işlədib. O bildirib ki, Moskva ilə Vaşinqton arasında bu formatda məsləhətləşmələr artıq müntəzəm xarakter alıb.
Ryabkovun sözlərinə görə, Rusiya bu görüşləri faydalı hesab edir, lakin əsas məsələlər üzrə irəliləyiş gözləniləndən daha yavaş gedir. Buna baxmayaraq, Moskva dialoqdan imtina etməyəcək və danışıqları davam etdirəcək.
