Niderlandlı siyasətçi, Azadlıq Partiyasının (PVV) sədri Gert Vilders Almaniya kansleri Fridrix Merzlə vidalaşıb.
Army.az xəbər verir ki, bu barədə onun “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
“Əlvida, Merz”, – deyə Vilders yazıb.
Daha əvvəl Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının Meklenburq-Ön Pomeraniya federal torpağının parlamentinə keçirilən seçkilərdə 37 faiz səslə liderlik etdiyi bildirilmişdi.
Merzin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (XDI) isə cəmi 5,5 faiz səs toplayıb.
