Ev DünyaRusiya Müdafiə Nazirliyi: “Azov” briqadası məğlub edilib

Rusiya Müdafiə Nazirliyi: “Azov” briqadası məğlub edilib

by Baş Redaktor
11 Baxış

Rusiya ordusu xüsusi hərbi əməliyyat zonasında Ukraynanın “Azov” briqadasına qarşı döyüşərək ona zərər vurub.

Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi gündəlik brifinqdə məlumat yayıb.

Nazirliyin məlumatına görə, Ukrayna briqadası ilə döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” qoşun qruplaşmasının bölmələri iştirak edib.

Bundan əlavə, Rusiya hərbçilərinin üç mexanikləşdirilmiş briqadanın, bir desant briqadasının, pilotsuz sistemlər briqadasının, hücum alayının, dəniz piyadaları briqadasının və Milli Qvardiyanın üç briqadasının canlı qüvvəsi və texnikasına zərbə endirdiyi bildirilib.

banner

Nazirlik Ukrayna tərəfinin itkilərinin 430-dan çox hərbçi olduğunu açıqlayıb.

Qeyd edək ki, “Azov” Rusiya qanunvericiliyinə əsasən terrorçu təşkilat kimi tanınaraq qadağan edilib.

Əlaqəli Yazılar Xüsusi