“ABŞ İrana yeni hücum edəcəyi təqdirdə Tehran indiyədək istifadə etmədiyi silahlardan yararlanacaq”.
Army.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi deyib.
Onun sözlərinə görə, İran müharibənin əvvəlki mərhələlərində tətbiq olunmayan yeni silahlar hazırlayıb və hərbi imkanlarını inkişaf etdirib. O, bu silahları “strateji” adlandıraraq, “zərurət yaranacağı təqdirdə” onların istifadəyə veriləcəyini və bunun dünyanı təəccübləndirəcəyini söyləyib.
SEPAH sözçüsü həmçinin müharibənin coğrafiyasının genişlənə biləcəyini bildirib:
“Hazırda qarşıdurma regional xarakter daşıyır. Lakin regionun geniş coğrafiyası müharibənin daha böyük əraziyə yayılması üçün imkan yaradır. SEPAH uzunmüddətli müharibəyə hazırlaşır”.
