Hörmüz boğazında hərəkətdə olan yük gəmisinə raket zərbəsi endirilib.
Army.az xəbər verir ki, hadisə ilə bağlı Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) ilkin məlumat yayıb.
Hücumdan sonra gəmidəki bütün heyət üzvləri təxliyə olunub. Hadisə nəticəsində iki nəfərin yaralandığı bildirilir.
UKMTO-nun məlumatına əsasən, hadisənin səbəbləri və digər təfərrüatlar hazırda araşdırılır. İlkin məlumata görə, insidentin hər hansı ekoloji fəsada səbəb olması barədə məlumat yoxdur.
Təşkilatın ilkin hesabatında gəminin adı və bayrağı, həmçinin hansı ölkədən yola düşdüyü və təyinat məntəqəsi açıqlanmayıb. Raket zərbəsinin hansı səbəbdən endirildiyi də hələlik məlum deyil.
