Ermənistanda rusiyayönlü müxalifət qüvvələrinin hakimiyyəti devirməyə çalışdığı iddiası səsləndirilib.
Army.az xəbər verir ki, bu barədə Ermənistanın “Xristian-Demokrat” partiyasının sədri Levon Şirinyan açıqlama verib.
Şirinyan rusiyayönlü qüvvələri ölkədə sabitliyi pozmağa və dövlətçiliyə qarşı gizli planlar hazırlamağa çalışmaqda ittiham edib. O, katolikos II Qaregin və iş adamı Samvel Karapetyanın da adını çəkərək həmin şəxslərin Rusiyayönlü düşərgə ilə əlaqəli olduğunu iddia edib.
Partiya sədrinin fikrincə, Moskva və onun dəstəklədiyi qüvvələr Ermənistanda mövcud hakimiyyəti dəyişdirməyi hədəfləyirlər. Şirinyan ölkəsinin Rusiyadan siyasi baxımdan uzaqlaşmasının vacibliyini vurğulayaraq bu mövqeyini dini məzmunlu ifadə ilə də əsaslandırıb.
O, çıxışı zamanı müxalif düşərgə və adlarını çəkdiyi şəxslərlə bağlı sərt və mübahisəli ifadələr işlədib.
