Ev Hərbi XəbərlərZelenski: “Rusiya bir həftədə Ukraynaya 2 300-ə yaxın hücum dronu buraxıb”

Zelenski: “Rusiya bir həftədə Ukraynaya 2 300-ə yaxın hücum dronu buraxıb”

by Baş Redaktor
20 Baxış

Rusiya bu həftə ərzində Ukraynaya təxminən 1 600 idarəolunan aviasiya bombası, müxtəlif tipli 48 raket və 2 300-ə yaxın hücum dronu ilə zərbələr endirib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, Dnepropetrovsk vilayətinə hücumlar nəticəsində dörd nəfər ölüb, 22 nəfər yaralanıb. Vinnitsada çoxmərtəbəli binaya dron hücumu nəticəsində altı nəfər xəsarət alıb. Xarkovda isə hipermarketə zərbədən sonra hadisə yerinə gələn xilasedicilər növbəti hücumun hədəfinə çevrilib.

Ukrayna lideri gecə saatlarında istilik elektrik stansiyalarının, yarımstansiyaların, kömür mədənlərinin, taxıl anbarlarının və digər mülki obyektlərin də vurulduğunu bildirib. Onun sözlərinə görə, ümumilikdə doqquz vilayətdə dağıntılar qeydə alınıb.

banner

Zelenski hərbi dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayaraq, “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün sürətləndirilməsinə və döyüş aviasiyasına dəstəyin davamına çağırıb. O qeyd edib ki, xüsusilə qış ərəfəsində hər bir müdafiə paketi insanların həyatını xilas etməyə kömək edir.

Əlaqəli Yazılar Xüsusi