Ukrayna Prezidenti Volodimir Zelenskinin bu həftə Brüsselə planlaşdırılan səfəri ilə bağlı hələlik yekun təsdiq yoxdur. Buna səbəb ABŞ-ın planlarında baş verən dəyişikliklərdir.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərin Zelenskinin Avropa İttifaqı, NATO və ABŞ nümayəndələri ilə mümkün görüşü barədə sualını cavablandırarkən bildirib.
Xatırladaq ki, oktyabrın 25-də Zelenski TSN telekanalına müsahibəsində oktyabrın 27–28-də Brüsseldə onun iştirakı ilə görüşün keçirilməsinin planlaşdırıldığını açıqlamışdı. Görüşdə NATO-nun baş katibi Mark Rütte, Avropa İttifaqı və ABŞ nümayəndələrinin iştirakı nəzərdə tutulurdu.
Planlaşdırılan təmasların sülh prosesi çərçivəsində keçirilməsi gözlənilirdi. Lakin ABŞ-ın planlarında baş verən dəyişikliklər fonunda səfərin baş tutub-tutmayacağı hələ dəqiqləşməyib.
