Ev Gündəmİsrail səfirliyi yaxınlığında hücum: polis əməkdaşı yaralanıb

İsrail səfirliyi yaxınlığında hücum: polis əməkdaşı yaralanıb

by Baş Redaktor
16 Baxış

Belqradda İsrail səfirliyinin yaxınlığında yeniyetmə bıçaqla polis əməkdaşına hücum etməyə cəhd göstərib.

Army.az xəbər verir ki, Serbiyanın daxili işlər naziri İvitsa Daçiçin sözlərinə görə, hücum edən şəxs hadisə zamanı “Allahu Əkbər” deyə qışqırıb.

Hücum nəticəsində polis əməkdaşı yüngül xəsarət alıb. Hücum edən şəxs güllələnərək öldürülüb, onun kimliyi isə hələlik müəyyən edilməyib.

Serbiya polisi hadisəni terror aktı kimi araşdırır. Daçiç hücum edən şəxsin “İslam Dövləti” terror qruplaşmasının tərəfdarı olduğunu bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi