Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını bərpa etməyəcək.
Army.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu ölkəsinin təşkilatdan çıxarılması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Nazir İrəvanın KTMT-də iştirakını çoxdan dayandırdığını və üzvlüyünü dondurduğunu vurğulayıb. Onun sözlərinə görə, təşkilatın digər üzvlərinin və ya katibliyinin bununla bağlı açıqlamaları Ermənistanın mövqeyini dəyişməyəcək.
Mirzoyan ölkəsinin KTMT-yə qayıtmağı planlaşdırmadığını bir daha bəyan edib.
