Ev DünyaMoldova MDB-dən uzaqlaşmağa davam edir: Daha iki saziş ləğv olundu

Moldova MDB-dən uzaqlaşmağa davam edir: Daha iki saziş ləğv olundu

by Baş Redaktor
40 Baxış

Moldova Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha iki sazişdən çıxmaq qərarına gəlib.

Army.az xəbər verir ki, hökumətin iclasında teletibb sistemlərinin yaradılmasına dair saziş və memorandum, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydalarını müəyyən edən razılaşmanın ləğvi təsdiqlənib.

Moldova bundan əvvəl də MDB-nin bir sıra əsas sazişlərindən çıxıb və digər razılaşmaların ləğvi prosesinə başlayıb. Ölkənin birlikdən rəsmi çıxışının 2027-ci ilin aprelində baş tutacağı bildirilir.

Kişinyovun MDB-yə münasibətində dəyişiklik 2020-ci ildə Maya Sandunun prezident seçilməsindən sonra sürətlənib. Sandu Avropa İttifaqına inteqrasiyanı prioritet elan edib və MDB sammitlərində iştirakdan imtina edib.

banner

Əlaqəli Yazılar Xüsusi