Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatlarda istifadə olunan döyüş helikopterlərinin idarəolunan silahları barədə məlumat yayıb.
Army.az xəbər verir ki, qurumun məlumatına görə, Mi-28 və Ka-52 helikopterləri yerüstü hədəfləri vurmaq üçün yüngül çoxməqsədli idarəolunan raketlərdən (LMUR), eləcə də “Vixr” və “Xrizantema” tank əleyhinə raketlərindən istifadə edir.
Bundan başqa, helikopterlər “İqla-S” və “Verba” tipli “hava-hava” raketləri ilə təchiz olunub. Bu silahlar müxtəlif uçan aparatları, o cümlədən pilotsuz uçuş aparatlarını hədəfə almağa imkan verir.
Nazirlik bildirir ki, müasir sursatlar helikopterlərə düşmənin hava hücumundan müdafiə sistemlərinin məhvetmə zonasına daxil olmadan zərbələr endirmək imkanı yaradır.
