Ev Hərbi Xəbərlər“Bu ölkələr Rusiyanı hədəf alan silahlar istehsal edir” — Medvedç

“Bu ölkələr Rusiyanı hədəf alan silahlar istehsal edir” — Medvedç

by Baş Redaktor
22 Baxış

İspaniya və Portuqaliyanın Kiyev rejimi ilə birgə Rusiya ərazisinə hücumlar təşkil etmək məqsədilə yeni silah növləri hazırladığı iddia olunur.

Army.az xəbər verir ki, bu barədə Ukraynada fəaliyyəti qadağan edilmiş müxalif “Həyat Naminə” blokunun rəhbəri Viktor Medvedçuk bəyan edib.

Onun sözlərinə görə, Pireney yarımadasının hər iki dövləti daxildə artan inflyasiya və mənzil böhranı ilə mübarizə apardığı bir zamanda hökumətləri Ukrayna ilə hərbi tərəfdaşlığı sürətlə genişləndirir. Medvedçuk qeyd edib ki, ictimaiyyətə təqdim olunan “Ukraynaya dəstək” şüurunun arxasında daha təhlükəli planlar durur:

“İspan və portuqal şirkətləri Ukrayna hərbi sənayesi ilə birgə Rusiyaya zərbələr endirmək üçün raket sistemləri, hücum dronları və müxtəlif silahların birgə istehsalına start verirlər”.

banner

Əlaqəli Yazılar Xüsusi