Ev DünyaSeçki nəticələri bilindi: Netanyahunun partiyası qalib gəldi

Seçki nəticələri bilindi: Netanyahunun partiyası qalib gəldi

by Baş Redaktor
46 Baxış

İsraildə oktyabrın 27-də baş tutan parlament seçkiləri üzrə səslərin hesablanması başa çatıb. Seçki bülletenlərinin 100 faizi emal olunub.

Army.az xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası seçkilərdə ən çox mandat qazanan siyasi qüvvə olub. Bununla belə, onun rəhbərlik etdiyi siyasi ittifaq Knessetdə hökumət formalaşdırmaq üçün zəruri parlament çoxluğunu əldə edə bilməyib.

Nəticələrə əsasən, 120 deputat yerindən 27-si “Likud”un payına düşüb. Netanyahuya yaxın ultra-sağçı və ortodoks siyasi qüvvələrlə birlikdə hakim blok ümumilikdə 53 mandat qazanıb.

Baş nazirin əsas rəqibi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif “Yaşar” partiyası 21 yerlə ikinci mövqedə qərarlaşıb.

banner

Digər müxalif siyasi qüvvələr parlamentdə 48, ərəb partiyaları isə 19 mandat əldə ediblər.

Əlaqəli Yazılar Xüsusi