Ev DünyaZaxarova: “İrana qarşı hərbi avantüralar xalqın iradəsini qıra bilməz”

Zaxarova: “İrana qarşı hərbi avantüralar xalqın iradəsini qıra bilməz”

by Baş Redaktor
17 Baxış

İrana qarşı hərbi əməliyyatlar və yeni hücum təhdidləri bu ölkə xalqının iradəsini sarsıda bilməz.

Army.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun açıqlamasında qeyd olunub ki, son aylarda yaşanan faciəli hadisələr İran xalqının öz dövlətinin suverenliyini və müstəqilliyini müdafiə etmək əzminin hərbi müdaxilələrlə qırılmasının mümkün olmadığını göstərib.

Zaxarova İrana yeni zərbələr endirməklə hədələyən tərəfləri əvvəlki hadisələrdən nəticə çıxarmağa çağırıb.

banner

Rusiya XİN nümayəndəsi, həmçinin regionda vəziyyətin sabitləşdirilməsi üçün diplomatik fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Moskva vasitəçilərin səylərini dəstəkləyir və danışıqlar prosesinə öz töhfəsini verməyə hazırdır. Rusiya həm qarşılıqlı məqbul razılaşmaların əldə olunmasına, həm də həmin razılaşmaların sonradan həyata keçirilməsinə dəstək göstərmək niyyətindədir.

Əlaqəli Yazılar Xüsusi