Ev Hərbi Xəbərlərİranın ABŞ hava vasitəsinə raket atdığı iddia olunur: Vaşinqtondan cavab

İranın ABŞ hava vasitəsinə raket atdığı iddia olunur: Vaşinqtondan cavab

by Baş Redaktor
29 Baxış

ABŞ-ın İranın Qeşm adasında yerləşən hərbi obyektə zərbə endirməsinin səbəbi açıqlanıb.

Army.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin və İsrailin 12-ci kanalının jurnalisti Barak Ravid amerikalı rəsmi şəxsin açıqlamasına əsaslanaraq məlumat verib.

Bildirilib ki, noyabrın 2-nə keçən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qeşm adasından Hörmüz boğazı üzərində hərəkət edən ABŞ-a məxsus hava vasitəsinə raket atdığı iddia olunur.

Jurnalistin sözlərinə görə, hadisədən sonra ABŞ hərbi aviasiyası cavab tədbiri olaraq raketin buraxıldığı qurğunu hədəfə alıb və onu sıradan çıxarıb. Amerikalı rəsmi bu addımın özünümüdafiə məqsədi daşıdığını bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi