Yəmən hökumətinə bağlı hərbi qüvvələr Taiz vilayətinin cənub hissəsində husilərin nəzarətində olan bir sıra əraziləri geri qaytarıb.
Army.az xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, davamlı və intensiv toqquşmalardan sonra hökumət qüvvələri Əl-Məsrax rayonunda yerləşən Nüba və Səyib kəndlərinə, eləcə də Mübarək təpəliklərinə nəzarəti bərpa edib. Əməliyyatlar zamanı çoxsaylı husi silahlısının öldürüldüyü və yaralandığı qeyd edilib.
Bununla yanaşı, ölkənin Əl-Cövf, Ləhc, Marib və Əl-Beyda vilayətlərində silahlı qarşıdurmaların davam etdiyi bildirilir.
