Ev GündəmErmənistan parlamenti toplanır – Gündəlikdə Nəsimi Musayev var

Ermənistan parlamenti toplanır – Gündəlikdə Nəsimi Musayev var

by Baş Redaktor
10 Baxış

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komitəsində Azərbaycan ordusunun əsgəri Nəsimi Musayevin Ermənistanın Şəki kəndinə keçməsi məsələsi müzakirəyə çıxarılacaq.

Army.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Məlumata görə, Milli Təhlükəsizlik Xidməti ilə bağlı məqamlar nəzərə alınaraq müzakirənin qapalı formatda keçirilməsi mümkündür.

Deputatların hadisənin təfərrüatlarını aydınlaşdırmaq və izahat almaq məqsədilə hüquq-mühafizə orqanlarının nümayəndələrinə suallar ünvanlayacağı gözlənilir.

banner

İclasda Nəsimi Musayevin erməni ailəsinin evinə qədər necə gəlib çatdığı və polisin hadisənin qarşısını niyə ala bilmədiyi məsələlərinə aydınlıq gətirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Ermənistan parlamentinin müxalifət fraksiyasının üzvü Geqam Manukyan daha əvvəl Şəki hadisəsi ilə bağlı parlamentin qətnamə layihəsi qəbul etməsini təklif etmişdi.

Əlaqəli Yazılar Xüsusi