Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) hazırkı liderləri ilə görüşlərdən bezdiyini və Almaniyanın keçmiş kansleri Angela Merkel, eləcə də İtaliyanın sabiq Baş naziri Mario Draqi üçün darıxdığını etiraf edib.
Army.az bu barədə “Le Figaro” qəzeti jurnalist Fransuaza Deqoa ilə Makron arasında baş vermiş yazışmalara istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, həmin yazışmaların bir hissəsi jurnalistin yeni kitabında dərc olunub.
Makron 2024-cü ilin payızında Brüsseldə keçirilən Aİ sammiti zamanı jurnalistə göndərdiyi mesajda mövcud vəziyyətdən narazılığını ifadə edib.
“Darıxıram. Hər şey darıxdırıcıdır, yaradıcılıq enerjisindən məhrumdur. Mario Draqi və Angela Merkel üçün həddindən artıq darıxıram”, – deyə Fransa Prezidenti yazıb.
